İran rəsmisi: ABŞ 10 şərtimizi qəbul etməsə, Ali Rəhbər razılaşmanın imzalanmasına icazə verməyəcək

Baş səhifə

ABŞ İranın 10 şərtini qəbul etməsə, Ali Rəhbər razılaşmanın imzalanmasına icazə verməyəcək.

“Fars” agentliyinin xəbərinə görə, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

O əlavə edib ki, Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətə heç vaxt qayıtmayacaq.

Qeyd edək ki, İranın razılaşma üçün irəli sürdüyü maddələr arasında İrana və regionda dəstəklədiyi qüvvələrə qarşı hücumun tam dayandırılması, bütün sanksiyaların ləğvi, İrana dəyən ziyanın kompensasiya edilməsi, İranın uran maddəsinin zənginləşdirilməsi hüququnun tanınması və digər tələblər var.