
“Naxçıvan” komandası Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb.
“Report”un məlumatına görə, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda “Sərhədçi” ilə üz-üzə gəlib.
Qarşılaşma “Naxçıvan”ın qələbəsi ilə bitib – 93:80. İlk görüşdə də qalib gələn kollektiv (98:87) pley-offa yüksəlib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


