
Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda sürətli pul köçürmə
sistemləri vasitəsilə banklara 120,5 milyon manat (208,3 min
əməliyyat) daxil olub.
Bu haqda Trend
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata görə, ötən ilin fevral ayı ilə müqayisədə
əməliyyatların sayı 46,3 min və ya 18,2% azalıb, daxil olan
vəsaitlərin həcmi isə 8,7 milyon manat və ya 7,8% artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 578,4 manat təşkil
edib ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 139,3 manat
və ya 31,7% çoxdur.
Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank
sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş
kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22
milyon 347 min karta çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
bu göstərici 10% artıb.


