
İran müharibənin dayandırılması ilə bağlı öz şərtlərini irəli sürüb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran 10 maddədən ibarət təklif paketini Pakistan vasitəsilə qarşı tərəfə çatdırıb.
İslam ölkəsi atəşkəsi rədd edərək müharibənin daimi şəkildə başa çatdırılmasını və bunun ölkənin maraqları nəzərə alınmaqla həyata keçirilməsini vurğulayıb.
Qeyd olunub ki, təkliflərə regionda döyüşlərin dayandırılması, Hörmüz boğazında təhlükəsiz keçid protokolu, ölkənin bərpası və sanksiyaların aradan qaldırılması kimi tələblər daxildir.


