Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlanıb – QMİ

Baş səhifə

Bakı. Trend:

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 95 faiz
tamamlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları
İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron
sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulu aprel
ayının ortalarına qədər aparılacaq:




“Mrüaciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslər
də var. sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat
veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin
zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il
üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir”.

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verən
gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də
açıqlamışdı:

“Hazırda regionda baş verən gərginliklərlə bağlı heç bir
dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat
prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur,
gündəlik müraciətlər qeydə alınır”, – deyə o bildirmişdi.