Məktəblər şagirdlərdən pul yığır? – Kenquru müsabiqəsi ilə bağlı iddialar

Baş səhifə

Bakı. Trend:

Bəzi region və paytaxt məktəblərində şagirdlərin Kenquru
müsabiqəsində iştiraka məcbur edilməsi ilə bağlı şikayətlər
yayılıb. Valideynlər məktəblərin şagirdlərdən 20 manat ödəniş edib
müsabiqədə iştirak tələb etdiyini iddia edirlər.

Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Respublikası Təhsil İnstitutundan bildirilib ki, institutu
məktəblərə, direktor və müəllimlərə Kenquru müsabiqəsində iştirakla
bağlı hər hansı göstəriş vermək səlahiyyətinə malik deyil.

Qeyd edilib ki, Kenquru beynəlxalq müsabiqədir və yüzdən çox
ölkədə keçirilir:

“Müsabiqə, adətən, mart ayının ikinci yarısında təşkil olunur.
Lakin Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq tarix aprel
ayına keçirilir. Bu müsabiqə könüllülük prinsipi əsasında keçirilir
və iştirak məcburi deyil. Azərbaycanda iştirak haqqı 20 manat
olaraq müəyyən edilib.




ARTİ yalnız müsabiqənin təşkilatçısıdır. Məktəblər tərəfindən
müsabiqədə iştirakla bağlı hər hansı şərt və ya tələb qoyulursa,
bu, artıq ARTİ-nin məsuliyyətinə aid deyil. Hər bir məktəb
şagirdlərinin müxtəlif müsabiqələrdə iştirak etməsini və uğur
qazanmasını istəyir. Bu, həm də təhsil müəssisəsinin təlim-tədris
səviyyəsini göstərən mühüm amillərdən biridir. Bəzi məktəblərdə bu
istiqamətdə müəyyən israrın olması mümkündür.

ARTİ ayrı-ayrı məktəblərin fərdi yanaşmalarını tam nəzarətdə
saxlaya bilməz və bu, onun səlahiyyətlərinə daxil deyil”.

Qeyd edək ki, iddialarla bağlı Məktəbəqədər və Ümumi Təhsil ürə
Dövlət Agentliyinə də sorğu ünvanlanıb.

Xatırladaq ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə
qeydiyyat bu gün saat 15:00-da başa çatıb.