
Bakı. Trend:
Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində
tikilmiş ikimərtəbəli ev artıq tamamilə sökülüb.
Trend-in hadisə
yerindən müxbiri xəbər verir ki, görülən işlər çərçivəsində ətraf
evlərə ziyan dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Qeyd olunur ki, yaxın zamanda ərazidən keçən kollektorun
bərpasına başlanılacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur
Mikayilov və aparat rəhbəri Fuad Quliyev hadisə yerinə baxış
keçiririblər. Onlar müvafiq tapşırıqlar veriblər


