“OPEC+” maydan neft hasilatını artıracaq

Baş səhifə

Bakı. Trend:

“OPEC+” ölkələri may ayından etibarən neft hasilatını gündəlik
206 min barel artırmaq barədə razılığa gəlib.

Trend xəbər verir
ki, qərar alyansın əsas iştirakçıları – Səudiyyə Ərəbistanı,
Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasında
keçirilən virtual iclas zamanı qəbul olunub.




Görüşdə qlobal enerji bazarındakı mövcud vəziyyət və gələcək
proqnozlar müzakirə edilib. Bildirilir ki, qərar ABŞ-İsrail-İran
gərginliyi fonunda qəbul olunub və bu qarşıdurmanın xam neft
tədarükünə mümkün təsirləri nəzərə alınıb.

OPEC tərəfindən yayılan bəyanatda qeyd olunub ki, alyansa üzv
ölkələr enerji axınlarının fasiləsiz davam etməsi üçün beynəlxalq
dəniz nəqliyyatı marşrutlarının qorunmasının xüsusi əhəmiyyət
daşıdığını vurğulayıblar.