Braziliya millisinin sabiq üzvü 34 yaşında karyerasını başa vurdu

Baş səhifə

Bakı. Trend:

Braziliyalı futbolçu Oskar gələcəyi ilə bağlı qərarını
verib.

Trend xəbər verir ki, 34
yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasını başa vurub.
Bu barədə oyunçu özü məlumat verib.




Təcrübəli futbolçu ürəyində olan problemə görə futbolla
vidalaşıb.

Qeyd edək ki, Oskan karyerası ərzində “San Paulo”, “Çelsi”, “İnternasyonal” və “Şanxay Port”un formasını geyinib. O, Braziliya
millisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və 15
məhsuldar ötürmə ilə yadda qalıb.