
İran Silahlı Qüvvələri BƏƏ ərazisində sənaye obyektlərinə hücum etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə İranın Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, raket və pilotsuz uçuş aparatları ilə BƏƏ-nin alüminium sənayesi obyektlərinə zərbələr endirilib.
Qeyd olunur ki, bu sahədə ABŞ və İsrailin investisiyaları var və həmin müəssisələr hərbi texnika istehsalı üçün istifadə olunur.
İran tərəfi vurğulayıb ki, bu müəssisələrin məhsulları qırıcı təyyarələr, o cümlədən F-35, eləcə də raketlər və zirehli texnika istehsalında tətbiq edilir.


