“Trabzonspor” “Qalatasaray”ı məğlub edib – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Türkiyə Superliqasında XXVIII turun növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub. Görüş meydan
sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.




İstanbul klubu 64 xalla turnir cədvəlinə başçılıq edir. Qara
dəniz təmsilçisi isə 63 xalla ikinci pilləyə yüksəlib.