
Bakı. Trend:
Avstraliyada 6,0 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu
barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentr təxminən 1,2 milyon əhalisi olan Adelaida şəhərindən
1253 km şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə
yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.


