
Bakı. Trend:
Bu ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanda
rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American
Express” kartlarından (habelə statistik vahidin ödəniş
kartlarından) istifadə olunmaqla həyata keçirilən əməliyyatların
sayı 5,7 min vahid təşkil edib, tranzaksiyaların həcmi isə 600 min
manatdan çox olub.
Bu barədə Trend-ə
Azərbaycan Respublikasının Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “American
Express” kartları ilə aparılan əməliyyatların sayı 800 və ya 24,7
faiz azalıb, əməliyyatların həcmi isə 100 min manatdan çox və ya
14,3 faiz azalma nümayiş etdirib.
Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış American Express kartlarından istifadə etməklə aparılan
əməliyyatların sayı – 1,3 min ədəd, həcmi isə 800 min manat təşkil
edib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış
kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan
tranzaksiyalardır.


