Dünya Kubokunun altında nə yazılıb? – Tarixçilər açıqladılar

Baş səhifə

FIFA Dünya Kubokunun altında dünya çempionlarının adları (1974-cü ildən bəri) yazılıb.

Bu barədə Modern.az-a açıqlamasında tədqiqatçılar Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.

“İndiyədək 22 dünya çempionatı baş tutub, lakin Dünya Kubokunun altında 13 çempion ölkənin adı yazılıb. Çünki bu kubok ilk dəfə DÇ-1974-də təqdim edilib. Dünya Kubokunun altında qalib komandaların adları öz dilində yazılıb: 1974 – Deutschland (Almaniya – red.), 1978 – Argentina, 1982 – Italia, 1986 – Argentina, 1990 – Deutschland, 1994 – Brasil, 1998 – France, 2002 – Brasil, 2006 – Italia, 2010 – España (İspaniya – red.), 2014 – Deutschland, 2018 – France, 2022 – Argentina.

Qarşıdan gələn DÇ-2026-da isə qardaş Türkiyəyə ürəkdən azarkeşlik edəcəyik. Türkiyənin DÇ-2002-dəki möhtəşəm uğurunu qürurla xatırlayırıq. Hazırda da onların güclü heyəti var. İnanırıq ki, qardaşlarımız bu dəfə də mühüm uğura imza atacaqlar”, – deyə tarixçilər bildiriblər.