Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı həbs edilib

Baş səhifə

Bakı. Trend:

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus
vətəndaşı həbs edilib.

Trend xəbər verir ki, Nəsimi
Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub.

Qərara əsasən, Belarus vətəndaşı, ADA Universitetində təhsil
alan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadin barəsində 4 ay
müddətində həbs qətimkan tədbiri seçilib.




Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül
prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi
(123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum
şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər
binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və
ifadələr yazıblar.

Əməli törədən şəxslərin 2009-cu ildə Bakıda anadan olmuş,
“Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh
qızı, 2010-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 10-cu
sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakıda anadan
olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid
qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən
Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs
tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib.