Ev təsərrüfatlarına kredit qoyuluşu 19 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin
həcmi 19,197 milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 81,9 milyon manat
və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,013 milyard
manat və ya 11,7% çoxdur.




Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9% artım deməkdir.