Azərbaycanda fevral ayında “MasterCard” vasitəsilə aparılan əməliyyatların həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Cari ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanın
rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard”
ödəniş kartları (statistik vahidlərin ödəniş kartları daxil
olmaqla) vasitəsilə ümumilikdə 74,694 milyon əməliyyat həyata
keçirilib və əməliyyatların ümumi məbləği 4,444 milyard manat
təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi
Bankına istinadən məlumat verir.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədə
əməliyyatların sayı 8,355 milyon (12,6 faiz) artıb, əməliyyatların
məbləği isə 246 milyon manat (5,2 faiz) azalıb.




Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış “MasterCard” kartları üzrə əməliyyatların sayı 487 min,
əməliyyatların məbləği isə 49,9 milyon manat təşkil edib.

Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdə
Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyata
keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident
kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə
institutları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə
aparılan tranzaksiyalardır.