Azərbaycanda əməliyyat – narkotik və silahlar tapıldı

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
aprelin 3-də ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə və
2970 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.




Bildirilib ki, aprelin 3-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100
ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.