
Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin
həcmi 2,163 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 8,5 milyon manat və
ya 0,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 305,4 milyon
manat və ya 16,4% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat
təşkil edib.
Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9% artım deməkdir.


