Mən artıq Azərbaycandan neçə məhsulun daşındığını saymaqda çətinlik çəkirəm – Papoyan

Baş səhifə

Bakı. Trend:

Ermənistana Azərbaycan mənşəli bəzi məhsullar, o cümlədən benzin
və dizel yanacağı daxil olur, həmçinin yüklərin Azərbaycan
ərazisindən tranziti mütəmadi olaraq həyata keçirilir.

Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat
naziri Gevorq Papoyan açıqlama verib.




“Ermənistana Azərbaycan mənşəli 1-2 məhsul daxil olur: benzin və
dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan üzərindən nəsə
gətirilir. Məsələn, supermarket şəbəkələrindən biri – “Nor Zovk” –
Azərbaycan ərazisindən manna yarmasının idxalı üçün müraciət edib,
digər bir təşkilat Rusiya kömürünün idxalı üçün müraciət edib,
üçüncü bir qurum taxıl idxal edir, dördüncüsü isə artıq gübrə idxal
edir. Bu artıq çox geniş vüsət almış bir hala çevrilib. Mən artıq
neçə məhsulun daşındığını saymaqda çətinlik çəkirəm”, – deyə o
bildirib.