Bakı. Trend:
Pentaqon İranın zərbələri səbəbindən ABŞ qoşunlarını Yaxın
Şərqdəki bəzi hərbi bazalardan təxliyə edib.
Trend xəbər verir
ki, bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb.
Məlumata görə, İranın Bəhreyndə yerləşən bazaya raket və
dronlarla zərbə endirməsindən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə
olunub. Bölgədəki digər Amerika bazalarından da təxliyələr həyata
keçirilib, lakin bununla bağlı ətraflı məlumat açıqlanmayıb.
Bildirilir ki, Bəhreyn bazasından təxminən 1500 hərbçi və
onların ailə üzvləri çıxarılıb. ABŞ-İsrail hərbi əməliyyatından
əvvəl həmin bazada təxminən 8000 hərbçi xidmət edirdi.

