NATO Baş katibi Mark Rütte Vaşinqtona səfər edəcək

Baş səhifə

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rütte aprelin 8-dən 12-dək ABŞ-nin
paytaxtı Vaşinqtona səfər etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə alyansın Brüsseldəki qərargahının mətbuat xidməti
məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Mark Rütte ABŞ Prezidenti
Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit
Heqset ilə görüşlər keçirəcək.




Qeyd olunub ki, aprelin 9-da baş katib əsas nitqlə çıxış edəcək,
həmçinin Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil
edilən müzakirədə iştirak edəcək.

Bildirilib ki, aprelin 10-dan 12-dək Mark Rütte Bilderberq
Klubunun iclasında iştirak edəcək.