
“Abşeron” qaz-kondensat Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi çərçivəsində qazma işlərinə gələn ilin birinci rübündə başlanılması planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu “Abşeron, Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üzrə Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə dair hesabatın ictimai müzakirələri zamanı “Greenwich Consulting” şirkətinin layihə üzrə rəhbəri Tahir Cəfərov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində qazma işləri 2029-cu ilin ortalarına kimi davam edəcək.
Tahir Cəfərov onu da qeyd edib ki, layihənin dəniz hissəsi üzrə satınalma, mühəndislik, tikinti və istifadəyə vermək işlərinə cari ilin üçüncü rübündə başlamaq və 2029-cu ilin üçüncü rübündə bitirmək planlaşdırır.
Şirkətin nümayəndəsi əlavə edib ki, layihə üzrə quruda satınalma, mühəndislik, tikinti və istifadəyə vermək işləri də 2026-cı iki üçüncü rüb-2029-cu il üçüncü rüb tarixlərində davam edəcək.


