
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov 17 aprel tarixində Goranboy,
Yevlax, Göygöl, Samux, Tərtər, Xocalı rayonlarından və Gəncə
şəhərindən olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev
Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi,
bina 27) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri
(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected]
elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov,
əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]),
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı
(əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070)
590-00-09, elektron poçt ünvanı: [email protected])
və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı
(əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050)
200-36-11, elektron poçt ünvanı: [email protected]
) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika
Nazirliyinin www.minenergy.gov.az internet
səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də
qəbul üçün müraciət etmək mümkündür.


