
Bakı. Trend:
“PAŞA Bank” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən
keçirilən “Bankçılıq Mükafatları -2025” müsabiqəsinin bir neçə
nominasiyasının qalibi seçilib.
Ölkədə bank sektorunun iştirakçıları arasında keçirilən
müsabiqədə maliyyə institutlarının 2025-ci il üzrə fəaliyyət
nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən
verilən qərara əsasən “PAŞA Bank” 4 istiqamət üzrə nüfuzlu mükafata
layiq görülüb. Belə ki, Bank, “Korporativ sosial məsuliyyət”,
“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”, “Kiçik və
Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar
tədbirlər keçirmiş ABA üzvü”,”Rəqəmsal ödənişlər sahəsində
innovativ layihələrin tətbiqi” istiqamətləri üzrə qalib elan
olunub.
Qeyd edək ki, “PAŞA Bank” əvvəlki illərdə də ABA-nın nüfuzlu
mükafatlarına layiq görülüb. Bankın qeyri-neft sektorunun və
iqtisadiyyatın gücləndirilməsi və sahibkarlığın dayanıqlı
inkişafına yönəlmiş fəaliyyəti ona həm yerli, həm də beynəlxalq
səviyyədə yüksək etimad qazandırıb.
Beynəlxalq “S&P” reytinq agentliyi “PAŞA Bank”ın
uzunmüddətli və qısamüddətli kredit reytinqini 2026-cı ildə “BB-/B”
səviyyəsində qiymətləndirib. Bank beynəlxalq maliyyə nəşri
“International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eyni
vaxtda iki əsas kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və
“Azərbaycanın ən yaxşı KOS bankı” – adına layiq görülüb.
“PAŞA Bank” 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına
verdiyi töhfələrə görə “Euromoney”, “International Investor
Magazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər
tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və
“World’s Best Private Banks 2025” titullarına layiq görülüb. Eyni
zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk
Azərbaycan bankı olub.


