Amnistiya aktı: Qadınlar, yaşlılar, veteranlar – Neçə nəfərə şamil olunub?

Baş səhifə

Bakı. Trend:

22 dekabr 2025-ci ildən 31 mart 2026-cı ilədək prokurorluq və
məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və
Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18
203
nəfər barəsində amnistiya qərarı tətbiq olunub.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.

Bildirilib ki, onlardan 5 310-u müəyyən müddətə
azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan
məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2
648
nəfərin cəzası 6 ay azaldılıb.

19 nəfər isə cinayət məsuliyyətindən azad
edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).




Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən
müharibəsində iştirak etdiyinə görə 20 və qərar
qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə
18 nəfər də cəzadan azad edilənlər arasında yer
alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-u
böyük ictimai təhlükə törətməyən, 15 996-sı az
ağır, 898-i ağır cinayətlər törətmiş
şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17
292
-si kişi (onlardan 86-sı yetkinlik
yaşına çatmayan şəxslərdir), 911-i qadındır
(onlardan 1-i yetkinlik yaşına çatmayan
şəxsdir).