Trampın çıxışından sonra “Brent” xam neftin qiyməti artıb

Baş səhifə
Trampın çıxışından sonra Brent xam neftin qiyməti artıb

Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 6,5 %-dən çox artıb.

“Report”un məlumatına görə, bunu ticarət sessiyasının məlumatları göstərir.

Bu dinamika ABŞ Prezidenti Donald Trampın televiziyada ABŞ-İsrail birgə əməliyyatına həsr olunmuş çıxışından sonra qeydə alınıb.

Bakı vaxtı ilə saat 4:55-ə olan məlumata görə, Trampın çıxışından əvvəl “Brent” markalı neftin qiyməti 1,35 % düşərək, bir barel üçün 99,79 dollar təşkil edib. Lakin, artıq Bakı vaxtı ilə saat 5:33-də “Brent” markalı neftin bir barelinin qiyməti 106,29 dollara çatıb (artım 5,07 %).