
Bakı. Trend:
Almaniyanın Solingen şəhərində bıçaqlı hücum nəticəsində bir
neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, bu
barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata əsasən, şəhərin mərkəzində polis tərəfindən
genişmiqyaslı əməliyyat həyata keçirilir.
Hadisə yerində təcili yardım və digər xidmətlər fəaliyyət
göstərir. Cinayətdə istifadə edilən alət də həmin ərazidə
tapılıb.
“Bild”in yazdığına görə, bir nəfər saxlanılıb. Hadisənin
detalları hələ də dəqiqləşdirilir, araşdırma davam edir və
əməliyyata çox sayda polis qüvvəsi cəlb olunub.


