Dünya çempionu Bundesliqa klubunda qalacaq

Baş səhifə

Bakı. Trend:

“Ayntraxt” mövsümün sonunda müqaviləsi başa çatan Mario Qyötse
ilə bağlı qərarını verib.

Trend xəbər verir ki,
Bundesliqa klubu almaniyalı futbolçunun sözləşməsinin müddətini
uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilin 30 iyun
tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, “Ayntraxt” Mario Qyötseni 2022-ci ilin yayında
PSV-dən 3 milyon avroya transfer edib. Almaniya millisi ilə 2014-cü
ildə dünya çempionu olmuş təcrübəli oyunçu bu mövsüm Bundesliqa
təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol
ötürməsi edib.