Dünyada hər 127 nəfərdən biri autizm spektr pozuntusundan əziyyət çəkir – ÜST statistikası

Baş səhifə

Bakı. Trend:

Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu
aşkarlanır və bu rəqəm təxminən 61 milyon insan deməkdir.

Trend xəbər verir ki, bu
barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistik
göstəricilərində yer alıb.




Məlumata görə, uşaqlar arasında orta hesabla hər 100 uşaqdan
birində autizm müşahidə olunur. Bu rəqəmlər orta göstəricidir və
ölkələr arasında ciddi fərqlər var. Xüsusilə aşağı və orta gəlirli
ölkələrdə real göstəricilər tam məlum deyil.

Son illərdə artım müşahidə olunsa da, bu, bəzən diaqnostika
imkanlarının genişlənməsi, autizimlə bağlı maarifləndirmənin
artması ilə əlaqələndirilir.