
Bakı. Trend:
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinın (IRENA) son
məlumatlarına görə, Azərbaycanın günəş enerjisi sektoru son on ildə
əhəmiyyətli dərəcədə genişlənib.
Trend xəbər verir
ki, 2016–2025-ci illər ərzində ölkədə günəş elektrik
stansiyalarının quraşdırılmış gücü 25 MVt-dan 281 MVt-a yüksəlib
ki, bu da on il ərzində 11 dəfə artım deməkdir. Bununla belə, artım
qeyri-müntəzəm olub və 2023-cü il tarixi il kimi yadda qalıb:
mövcud güc 2022-ci ildəki 51 MVt-dan 282 MVt-a yüksəlib ki, bu da
bir il ərzində 431 faiz artım təşkil edir.
| Günəş enerjisinin gücü(MVt) | İllik artım (%) | |
|---|---|---|
| 2016 | 25 | — |
| 2017 | 28 | 12% |
| 2018 | 35 | 25% |
| 2019 | 33 | -5,7% |
| 2020 | 35 | 6% |
| 2021 | 48 | 37% |
| 2022 | 51 | 6% |
| 2023 | 282 | 431% |
| 2024 | 281 | -0,4% |
| 2025 | 281 | 0% |
Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi
quraşdırılmış gücü 2016-cı ildə 1 184 MVt-dan 2025-ci ildə 1 826
MVt-a çatıb ki, bu da onillik üzrə 54 faiz artım deməkdir. 2025-ci
ilə qədər günəş enerjisinin bərpa olunan mənbələrin ümumi həcmində
payı 15 faizə yüksəlib, halbuki 2016-cı ildə bu göstərici cəmi 2
faiz idi.


