İrlandiya Ukraynaya humanitar yardım üçün daha 40 milyon avro ayırıb

Baş səhifə
İrlandiya Ukraynaya humanitar yardım üçün daha 40 milyon avro ayırıb

İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makenni Kiyevə ilk səfəri zamanı Ukraynaya humanitar yardım üçün əlavə 40 milyon avro ayrıldığını elan edib.

“Report”un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında bildirib.

“Ukraynada humanitar yardım və sabitləşmənin dəstəklənməsi üçün əlavə 40 milyon avro ayrıldığını bildirməkdən məmnunam”, – A.Sibiqa qeyd edib.

Beləliklə, bu il İrlandiyanın humanitar yardım və dəstəyinin ümumi həcmi 65 milyon avro təşkil edəcək.