Masallıda baş verən yanğında baba və azyaşlı nəvə ölüb

Baş səhifə
Masallıda baş verən yanğında baba və azyaşlı nəvə ölüb

Masallı rayonunda baş verən yanğında baba və azyaşlı nəvə həyatını itirib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılağac kəndindəki fərdi yaşayış evində baş verib.

Bele ki, yanğın zamanı evdə 2024-cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadə olub. Uşağın babası 1967-ci il təvəllüdlü Abdullayev Camaləddin Həsnağa oğlu nəvəsini xilas etmək üçün yanan evə girməyə cəhd edib. Lakin qatı tüstüdən zəhərlənərək huşunu itirib. Nəticədə həm baba, həm də nəvə yanaraq ölüblər.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR