ABŞ NATO-dan çıxmağı düşünür

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxması məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, “The Telegraph” nəşrinə müsahibəsində danışıb.

Tramp qeyd edib ki, NATO ölkələrinin İranla müharibədə ABŞ-a qoşulmaması onu belə bir qərar barədə düşünməyə vadar edib.

“NATO heç vaxt mənə təsir etməyib. Mən həmişə bilirdim ki, onlar kağız pələngdirlər və bunu Putin də bilir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, müttəfiqlərdən dəstək görməmək “inanılması çətin” vəziyyət yaradıb. Tramp bildirib ki, o, NATO ölkələrindən ciddi şəkildə iştirak tələb etməyib, lakin onların avtomatik olaraq müharibəyə qoşulmalı olduğunu düşünür.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton digər münaqişələrdə, o cümlədən Ukrayna məsələsində müttəfiqlərinə hər zaman dəstək verib:

“Biz hər zaman onların yanında olmuşuq, amma onlar bizim yanımızda olmadı”, – deyə Tramp bildirib.