
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta
növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 18 milyon manat və ya 29,4% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 5,8
milyon manat və yaxud 27,3% artaraq 27,028 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-fevral aylarında icbari sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı
müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda
fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq
dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon
manat təşkil edib və illik ifadədə 37% artıb.


