
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) flaqman aviaşirkəti hesab
olunan “Emirates Hava Yolları” İran vətəndaşlarının ölkəyə girişini
və tranzit keçidini qadağan etdiyini açıqlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Emirates Hava Yolları”nın rəsmi
saytında bu barədə xəbərdarlıq yayımlanıb.
Qərar dərhal qüvvəyə minib və bu, etibarlı BƏƏ yaşayış vizası
olanlar da daxil olmaqla bütün İran vətəndaşlarına aiddir.
Beləliklə, həmin şəxslərin Dubay Beynəlxalq Hava Limanına girişi və
tranzit keçidi qadağan olunub.
Digər tərəfdən, BƏƏ-nin rəsmi qurumları tərəfindən aviaşirkətin
İran vətəndaşlarının ölkəyə girişini qadağan etməsi barədə rəsmi
açıqlama verilməyib.


