
Bakı. Trend:
Paytaxtda müşahidə olunan aramsız yağış bir sıra ərazilərdə
ciddi fəsadlar yaradıb.
Trend xəbər
verir ki, yağış suları şəhərin müxtəlif küçə və prospektlərində
toplanaraq hərəkəti çətinləşdirib.
Xüsusilə piyadalar üçün vəziyyət daha da mürəkkəbləşib –
səkilərin su altında qalması onların hərəkətinə mane olub.
Bəzi ərazilərdə yağış sularının kanalizasiya sisteminə
axıdılmasında çətinliklər yaranıb, nəticədə küçələrdə gölməçələr
əmələ gəlib. Sürücülər də su ilə dolu yollarda hərəkət edərkən
çətinliklərlə üzləşiblər.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.


