
Bakı. Trend:
Azərbaycan vasitəsilə Ermənistana malların tranzitinə qoyulan
məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi
potensialının genişlənməsinə imkan yaradır.
Trend xəbər verir
ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan
Şımkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında
bildirib.
O qeyd edib ki, bu, nəqliyyat-logistika infrastrukturunun
diversifikasiyasının xarici ticarətin stimullaşdırılmasına verdiyi
töhfənin aydın nümunəsidir.
Qriqoryan daxili bazarların qorunmasından danışarkən vurğulayıb
ki, sistemli monitorinq yalnız yaranan disbalansları operativ aşkar
etməyə deyil, həm də daxili bazarın qorunması və yerli
istehsalçıların dəstəklənməsi üçün effektiv tədbirlər hazırlamağa
imkan verir.


