Apreldə Astanada Xəzər dənizinin səviyyəsinin aşağı düşməsini ilə bağlı iclası keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel
Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə
Nümayəndəsi Muxtar Babayevlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, həmsöhbətlər ekoloji
gündəlik, Xəzər dənizinin ekosisteminin qorunması, qarşıdan gələn
birgə tədbirlərə hazırlıq və ətraf mühitin mühafizəsi sahəsində
beynəlxalq təşəbbüslərə qarşılıqlı dəstək məsələlərini müzakirə
ediblər.

Bildirilib ki, Alim Bayel bir daha Azərbaycan tərəfini 22–24
aprel 2026-cı il tarixlərində Astana şəhərində keçiriləcək Regional
Ekoloji Zirvə Görüşünün işində fəal iştirak etməyə dəvət edib.
Zirvə Görüşü çərçivəsində Xəzər dənizinin səviyyəsinin aşağı
düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk
iclası keçiriləcək. Tərəflər görüşün Xəzər dənizinin
akvatoriyasında vahid regional ekoloji təhlükəsizlik sisteminin
yaradılması yolunda mühüm addım olacağına ümid etdiklərini
bildiriblər.




Səfir A.Bayel həmçinin həmsöhbətinə Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin BMT sistemi çərçivəsində tamhüquqlu su
təşkilatının yaradılması təşəbbüsü barədə məlumat verib. M.
Babayev, Azərbaycan Respublikasının Qazaxıstan liderinin bu
təşəbbüsünü tam şəkildə dəstək verəcəyini və bunu qlobal iqlim
çağırışları şəraitində su ehtiyatlarının idarə olunması sahəsində
yığılıb qalmış problemlər kontekstində son dərəcə aktual hesab
etdiyini bildirib. Azərbaycan Prezidentinin Nümayəndəsinin
sözlərinə görə, bu gün su problemlərinin təkcə ekoloji xarakter
daşımadığı, həm də təhlükəsizlik və iqtisadiyyat məsələlərinə
birbaşa təsir etdiyi üçün bu təşkilatın yaradılması çox vaxtında
atılan addım olar.

M.Babayev Astana və Bakının ətraf mühitin mühafizəsi və iqlim
məsələlərində səylərinin sinerjisi yalnız iki ölkənin milli
maraqlarına cavab vermədiyini, həm də bütövlükdə Xəzər regionunun
davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Ümumilikdə,
həmsöhbətlər Qazaxıstan–Azərbaycan münasibətlərinin inkişaf
dinamikasını yüksək qiymətləndirib, həmçinin ekologiya sahəsində
ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsində
qarşılıqlı marağını təsdiqləyiblər.