
Bakı. Trend:
İsrail ordusu Livanın cənubuna hücumları davam etdirir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü Aviçay
Edri “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, ölkənin cənubundakı Sucid kəndinə zərbə endiriləcəyini
bildirib.
Sözçü bölgə sakinlərinə təxliyə çağırışı edərək, əhalidən
Zəhrani çayının şimalına çəkilmələrini istəyib.


