Zaqatalada bədbəxt hadisə: sərxoş kişi şüşə sındırarkən həyatını itirdi

Baş səhifə

Bakı.Trend:

Zaqatala rayonunun Yuxarı Tala kəndində ölüm hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, 1976-cı il təvəllüdlü kənd sakini İlham Davudov
sərxoş vəziyyətdə yaşadığı evin pəncərəsinə təpiklə vurub.

Nəticədə şüşə sınaraq onun ayağının topuq nahiyəsini kəsib.




Ağır xəsarət alan şəxs qanaxma nəticəsində hadisə yerində
ölüb.

Faktla bağlı araşdırma aparılır.