Tanınmış jurnalist vəfat etdi

Baş səhifə

Bakı. Trend:

Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad
Baxşəliyev vəfat edib.

Trend xəbər
verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat
paylaşıblar.

Bildirilib ki, mərhum jurnalist səhər saatlarında ürək
çatışmazlığından dünyasının dəyişib.




Qeyd edək ki, Rəşad Baxşəliyev uzun müddət “Şərq” qəzetində
çalışıb, daha sonra “Azərbaycan” qəzetində şöbə müdiri olub.

“Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə
təltif edilib.