Bakı. Trend:
Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan “Comex”
birjasında qiymətli metallar – platin, palladium, qızıl və gümüş
üzrə fyuçerslərin qiymətində azalma müşahidə olunur.
Trend xəbər verir
ki, bu, sözügedən ticarət platformalarının məlumatlarında əksini
tapıb.
Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, 2026-cı ilin
iyun ayında çatdırılma üçün palladium fyuçersləri 5,25% ucuzlaşaraq
troya unsiyası üçün 1394 dollar təşkil edib. 2026-cı ilin aprel
ayında çatdırılma üçün platin fyuçersləri isə 4,51% azalaraq troya
unsiyası üçün 1843 dollara düşüb.
Eyni zamanda, 2026-cı ilin aprel ayında “Comex” birjasında
çatdırılma üçün qızılın qiyməti 3,87% azalaraq troya unsiyası üçün
4427,1 dollar, 2026-cı ilin may ayında çatdırılma üçün gümüş
fyuçerslərinin qiyməti isə 6,48% ucuzlaşaraq troya unsiyası üçün
68,9 dollar təşkil edib.

