Qiymətli metalların fyuçers qiymətləri artıb

Baş səhifə

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) və “Comex” birjasında
(NYMEX-in bölməsi) qiymətli metallar – platin, palladium, qızıl və
gümüş üzrə fyuçerslərin qiyməti 0,34-4,42 faiz artım göstərir.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.




Məlumata əsasən, NYMEX-də 2026-cı ilin iyun ayında çatdırılma
üçün palladium fyuçerslərinin qiyməti troy unsiyası üçün 1433
dollar (+0,34%), 2026-cı ilin aprel ayında çatdırılma üçün platin
fyuçersləri isə 1,75% artaraq troy unsiyası üçün 1931,8 dollara
çatıb.

Eyni zamanda, 2026-cı ilin aprel ayında “Comex” birjasında
çatdırılma üçün qızılın qiyməti troy unsiyası üçün 4546,6 dollar
(+3,41%), 2026-cı ilin may ayında çatdırılma üçün gümüş
fyuçerslərinin qiyməti isə troy unsiyası üçün 72,58 dollar (+4,42%)
təşkil edib.