
Bakı.Trend:
Hərracın təşkil edilməsi məqsədilə verilmiş elanda qeyd edilən
məkana gələn şəxslərə əyani və ya onlayn olaraq sifariş verdiyi
əmlaka dair hərracçı tərəfindən həmin əmlak barəsində məlumat və
start qiyməti elan olunur.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat
verilib.
Bildirilib ki, ilkin satış qiyməti elan olunduqdan sonra heç bir
iştirakçı tərəfindən təklif verilmədikdə hərrac baş tutmamış
sayılır.
“Bir nəfər sifarişçi olduqda hərracçı tərəfindən elan edilən
təklifə razılıq bildirərsə, o, hərracın qalibi elan olunur. Hərrac
rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətinə
əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin
1% -dən az olmamalıdır. Məsələn, ilkin satış qiyməti 5000 manat
olan dövlət əmlakına edilən təklif minimum 50 manat olmalıdır”,-
məlumatda qeyd edilib.


