Ötən gün 11 kilodan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
martın 24-də ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.




Bildirilib ki, martın 24-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara,
14 tüfəng və 45 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.