AEBA: İran Buşehr AES-ə yeni hücum haqqında məlumat verib

Baş səhifə
AEBA: İran Buşehr AES-ə yeni hücum haqqında məlumat verib

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) Buşehr Atom Elektrik Stansiyası (AES) ərazisinə yeni hücum barədə məlumatlandırıb, zərərçəkənlər yoxdur.

“Report”un məlumatına görə, bu ​​barədə AEBA xəbər verib.

“İran AEBA-nı Buşehr Atom Elektrik Stansiyası ərazisinə daha bir raket zərbəsi barədə məlumatlandırıb. İran stansiyaya və ya onun işçilərinə heç bir ziyan dəymədiyini bildirir”, – məlumatda deyilir.

AEBA-nın baş direktoru Rafael Qrossi münaqişə kontekstində nüvə təhlükəsizliyi risklərindən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıb.

Xatırladaq ki, İran martın 18-də də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Buşehr Atom Elektrik Stansiyasına düşən mərmi barədə məlumat verib.