Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar
Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya
Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun
Məmmədov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, imzalanmış sənəd ölkələr arasında aqrar
tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və
dərinləşməsinə mühüm töhfə verəcək.




“Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə
keçirilmiş ikitərəfli görüş çərçivəsində mövcud əməkdaşlığın cari
vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında
müzakirə apardıq.

Görüş zamanı Azərbaycan və Özbəkistanın digər ölkələrə birgə
ixrac imkanları, aqrar sığota sahəsində azərbaycanlı
mütəxəssislərin Özbəkistana dəstək göstərilməsi məsələləri müzakirə
edildi”, – paylaşımda qeyd edilib.