Tanınmış futbolçu karyerasını başa vurub

Baş səhifə

Bakı. Trend:

Fransa millisinin sabiq futbolçusu Dimitri Payet karyerasını
bitirib.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama
verib.




Qeyd edək ki, son klubu Braziliyada “Vasko da Qama” olan
hücumameyilli yarımmüdafiəçi “Ekselsior” (Niderland), “Nant”, “Sent-Etyenn”, “Lill”, “Marsel” (hamısı Fransa), “Vest Hem”
(İngiltərə) klublarında çıxış edib.

O, Fransa millisinin heyətində keçirdiyi 38 oyunda 8 qol
vurub.