Ukraynanın Poltava vilayəti zərbələrə məruz qalıb, ölən və yaralananlar var

Baş səhifə
Ukraynanın Poltava vilayəti zərbələrə məruz qalıb, ölən və yaralananlar var

Ukraynanın Poltava vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində azı 2 nəfər həlak ölüb, daha 11 nəfər zərər çəkib.

“Report”un məlumatına görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Dyakovniç öz teleqram kanalında bildrib.

“Təəssüf ki, hücum nəticəsində 2 nəfər həlak olub, yaralananların sayı 11-ə çatıb”, – o qeyd edib.

Zərbələr nəticəsində yaşayış binaları, həmçinin mehmanxana binası zərər çəkib. Hadisə yerlərində xilasetmə, tibb işçiləri və digər müvafiq xidmətlərin əməkdaşları çalışır.